Türkiyənin Antalya şəhərində depresiyaya düşən bir şəxs "gəzməyə gedək deyib, dostunu çağırdı. Bu zaman ona "gözlə gəlirəm" deyəndən sonra özünü 8-ci mərtəbədən ataraq intihar edib.
Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, Antalyada bir müddət öncə işdən çıxarılan və özünə qapanan Nevzat.D adlı 43 yaşlı şəxs intihar edib. Depresiyaya düşərək evindən çıxmayan Nevzat.D-yə səhər saatlarında dostlarından biri zəng edərək, həmişə evdə oturmaq olmaz, gəl gəzməyə çıxaq, hava alarsan deyib. Evinin önünə çatanda dostu Nevzata gəldiyini deyərkən, "gözlə gəlirəm" deyərək 11 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. Ağır yaralı olan 43 yaşlı şəxs xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 1 uşaq atası olan Nevzat D-nin həyat yoldaşından ayrıldığı, anası və atası ilə birgə yaşadığı məlum olub. Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.