İranda 4,1 maqnitudalı zəlzələ olub.
Unikal.org-un xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 21:34-də qeydə alınan yeraltı təkanların episentri Kırman şəhərindən 53 km şimalda, ocağı isə 5 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.