Rusiyanın Xavarovsk şəhərində təlim uçuşu həyata keçirən Vostok hava Yollarına məxsus Mİ-8 markalı verotlyotun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, vertolyotun qəzaya düşməsinin səbəbləri araşdırılır. Rəsmi açıqlamada qəzaya sərt eniş edilməsinin səbəb olduğu bildirilir. Qəzanın baş verdiyi ərazidə ətrafdakı obyektlərə ciddi ziyan dəyməyib.