Argentinada polisə aid depodan yarım ton narkotik vasitənin yoxa çıxdığı bəlli olub. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, polis əməkdaşları özlərinə haqq qazandırmaq üçün depodakı yarım tonluq narkotik vasitənin siçanlar tərəfindən yeyildiyini bildirib. Elə bu açıqlamadan sonra 8 polis əməkdaşı işdən qovulub.

Narkotik vasitələrinin yoxa çıxması, depodakı əməliyyat zamanı bəlli olub. Bildirilir ki, narkotik vasitələr 2 il həmin yerdə saxlanılıb.

Polis əməliyyat zamanı 6 min kq narkotik vasitənin olacağını düşünsə də 5 min 460 kq olduğun bəlli olub.