Rus əslilli bir qadın övladını alış-veriş saytları vasitəsi ilə satışa çıxarıb.

Unikal.org xəbər verir ki, Çelyabinsk şəhərində yaşayan Lyudmila Sadryeva övladı üçün 4 min 400 dollar pul tələb edib. 40 yaşlı qadın uşağın özüylə birlikdə fotosunu paylaşaraq bunları yazıb: "Uşağım çox sağlamdır. İstədiyiniz kimi istifadə edə bilərsiniz.

Bu elandan sonra polis əməliyyata başlayıb və qadını tutublar.

Ancaq qadın özünə haqq qazandırmağa çalışıb. Bildirib ki, o, övladını satmaq fikrində deyil, bu elan da onunla bir evdə qalan başqa bir qadın tərəfindən yerləşdirilib. Sadryevanın bildirdiyinə görə, onlar bir müddət öncə mübahisə ediblər. Həmin qadın isə ondan belə intiqam almaq istəyib. Sadryeva ölüm təhdidləri aldığını və uşağını buna görə məktəbə apara bilmədiyini deyib. Bütün bunlara görə, şikayət ərizəsi verən qadın otaq yoldaşının tapılmasını tələb edib.