Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın tam lokallaşdırılıb. 

Unikal.org xəbər  verir ki, hadisə yerində yaradılan operativ qərargahdan apa-ya verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib. Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.
Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb.
Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

xxx

Bakıda tikilməkdə olan hündürmərtəbəli yaşayış binası yanır.

Unikal.org-un məlumatına görə, bu barədə sosial şəbəkədə xəbər yayılıb.

Görüntülərdə binada yaşayışın olmadığı görünür. Bina "Bolluq bazarının yaxınlığında yerləşir.

Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb olunub.