Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.
Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı "Mercedes markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.