Bu gün Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən Unikal.org-a verilən məlumata görə, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün 22:00-dan başlayaraq 12 saat müddətinə Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişi dayandırılacaq.