Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovanın bir müddət əvvəl paylaşdığı arxiv video haqda danışıb.
Unikal.org axsam.az-a istinadən xəbər verir ki, Röya Aygünün bunu barışıq üçün etdiyinə inanmadığını bildirib:
"O jest deyil. Jest odur ki, mən "Altın kelebek" alanda şəklimi paylaşardı. Deyərdi ki, təbrik edirəm. Onda gedib onun əlindən öpərdim. Amma o, belə paylaşım etməz".
Sənətçi xalq artisti ilə küsülü olsa da, amma onun haqda xoş sözlər deyib:
"O, əfsanədir. O, çevrilişdir. O, gözəl xanımdır. O, əsl şou qadınıdır. Amma mən oxuyanda, o ağlayırdı".
Qeyd edək ki, R.Ayxan bunları İnstaqramda canlı yayım zamanı vurğulayıb.
Xatırladaq ki, Aygün Kazımova bir müddət əvvəl İnstaqram səhifəsində müzakirələrə səbəb olacaq paylaşım edib. Müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edən müğənni maraqlı video yayımlayıb.
2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən "Gələrsiz-görərsiz konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar - əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənli də yer alıb.
A.Kazımovanın bu paylaşımı Röyanı özündən çıxarıb. O, xalq artistinin səmimiyyətinə inanmadığını bildirib.