Xəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə əməkdaşımız Famil Fərhadoğlu (İbrahimov) döyülüb. Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan əməkdaşımız Famil Fərhadoğlu nazirin işçilərinin hücumuna məruz qalıb. Əməkdaşımız üz və qol nahiyyəsindən xəsarət alıb.
Unikal.org əməkdaşının başına gələn məlum hadisədən dərhal sonra ölkənin bir sıra aparıcı Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbər şəxsləri Şirəliyevin bu addımını tənqid etdi və onlar jurnalistlə qarşı bu cür hərəkətin yolverilməz olduğunu dilə gətirdilər.
Bir sözlə, artıq bir neçə gündür əməkdaşımızın döyülməsi ölkə mətbuatının gündəmində əsas yerlərindən birini alır və bu gündə bu proses davam edir.
Ölkənin ən aparıcı üç - "Reytinq, "Bizimyol və "Unikal qəzetinin bu günki sayında da sözügedən hadisəyə xüsusi yer verilib.
"Reytinqdə "Nazirlə bağlı araşdırma başlayır, "Bizim Yolda "Nazirin işarəsilə jurnalistin döyülməsi və "Unikal qəzetində "Jurnalisti döydürən nazir çıxılmaz durumda başlığı ilə yazı dərc edilib.