Vinsent Turketl evinin yaxınlığında olan dənizə baş vurub və 85 qramlıq  qızıl külçəsi tapıb. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir toyuq yumurtası ölçüsündə olan qızıl külçəsinin  təxminən 173 milyon dollarlıq qızıl yüklə 150 il əvvəl batan itkin bir xəzinə gəmisinə aid olduğu ehtimal edilir. 60 yaşındakı xəzinə ovçusu Vinsent, qızıl külçəni Anglesey adasının sahillərində tapıb. Okeanı yaxşıca axtarıb daha çox qızıl tapa bilməyəcəyini başa düşəndə sirrini mətbuatla bölüşüb. Qızıl külçəsini dövlətə qaytaran Vinsent, xəzinəni tapan adama veriləcək olan pulu almağa ümid edir.