Fransanın Arpajon şəhərindən olan 19 yaşlı qız "Periscope"nin əlavəsi olan onlayn-strima zamanı özünü qatarın altına atıb. Unikal.org xarici KİV-ə istinadən bildirir ki, dəhşətli insident mayın 10-da baş verib. Qız ölümdən əvvəl yaxın qohumlarından birinə SMS yollayaraq özünü öldürmək niyyətini elan edib.
Yerli prokuror Erik Lallemen iddia edib ki, gənc qız "Periskope" proqramından İnternet istifadəçilərinə intiharın səbəbini söyləmək üçün istifadə edib.
Təəssüf ki, əlavə onlayn-strimaya daimi gələnlər qızı ciddi qəbul etməyiblər. Polisin istintaq bölməsi insidentlə bağlı araşdırmaya başlayıb.