İtaliya parlamentarları böyük səs çoxluğu ilə ölkədə eynicinslilərin evlənməsini dəstəkləyib. Unikal.org xarici KİV-ə istinadən bildirir ki, leqallaşmanın lehinə 369 səs verilib, 193 deputat əleyhinə çıxıb.
Qanunda tərəfdaşlardan birinin uşaq övladlığa götürməsi birbaşa qadağan edilmir, ancaq hər bir belə fakta məhkəmədə baxılacaq. Tərəfdaşlar eyni zamanda bir-birinə sədaqət and içməyə borclu deyilər, bu isə o deməkdir ki, ittifaqın bağlanması nikah bağlanmasına az bənzəyəcək. Qanunun qəbulunun əsas tərəfdarları olan Demokratik Partiyasının nümayəndələri qeyd ediblər ki, bu, onların Pirr qələbəsidir, indiki sənəd isə yalnız ilk addımdır. Katolik dairələrdə isə bu razılığı hamı üçün məğlubiyyəti adlandırıblar. Parlamentdə səsverməyə az qalmış ölkənin baş naziri Matteo Rentsi özünün Facebook səhifəsində yazıb: "Bu gün adamların çoxu üçün bayramdır. Qanunlar adamlar üçün yazılır, ideologiya üçün yox, sevənlər üçün yox, bəyan edənlər üçün". Eynicinslilərin nikahı hazırda dünyanın 20 ölkəsində, Meksianın bir neçə ştatında və Böyük Britaniyanın bəzi ərazilərində qeydə alınır. O, ilk dəfə 2001-ci ildə Hollandiyada leqallaşdırılıb.