Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirli işdən azad olunub.
Unikal.org xəbər verir ki, Anar Qədirli məsələni Teleqraf.com-a təsdiq edib.
O bildirib ki, artıq 6 aya yaxındır bu vəzifəni icra etmir: "Mətbuatdan kənar yerdə işləyirəm.
Səhiyyə Nazirliyinin Mətbut Xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumatın doğru oldunu bildirib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib ki, Anar Qədirlinin yerinə təyinat yoxdur: "Anar müəllim öz ərizəsi ilə işdən çıxıb. Hələ ki, yerinə təyinat yoxdur.