Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Novruz Məmmədovu Azərbaycanın baş nəziri təyin olunması münasibətilə təbrik edib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, G. Kvirikaşvili özünün "Twitter səhifəsində N. Məmmədova xoş arzularını çatdırıb.
"Azərbaycanın yeni təyin olunmuş baş naziri Novruz Məmmədovu ən xoş arzularımla təbrik edirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm, - deyə təbrik müraciətində bildirilib.