Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Unikal.org-un xəbərinə görə, sərəncamda bildirilir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:
1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;
1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov;
1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Şamil oğlu Həsənov
1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini - Hacıbala İbrahim oğlu Abutalıbov;
1.5. Azərbaycan Respublikasının daxili işlər naziri - Ramil İdris oğlu Usubov;
1.6. Azərbaycan Respublikasının energetika naziri - Pərviz Oqtay oğlu Şahbazov;
1.7. Azərbaycan Respublikasının ədliyyə naziri - Fikrət Fərrux oğlu Məmmədov;
1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri - Sahil Rafiq oğlu Babayev;
1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri - Kəmaləddin Fəttah oğlu Heydərov;
1.10. Azərbaycan Respublikasının xarici işlər naziri - Elmar Məhərrəm oğlu Məmmədyarov;
1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri - Şahin Abdulla oğlu Mustafayev;
1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri - İnam İmdad oğlu Kərimov;
1.13. Azərbaycan Respublikasının maliyyə naziri - Samir Rauf oğlu Şərifov;
1.14. Azərbaycan Respublikasının müdafiə naziri - Zakir Əsgər oğlu Həsənov;
1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri - Ramin Namiq oğlu Quluzadə;
1.16. Azərbaycan Respublikasının vergilər naziri - Mikayıl Çingiz oğlu Cabbarov;
1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Samir Rafiq oğlu Nuriyev;
1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev;
1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi - Elçin İsağa oğlu Quliyev;
1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti - Mədət Qəzənfər oğlu Quliyev;
1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti - Orxan Sedyar oğlu Sultanov.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.