Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin ölkə əraÂÂzisinə qanunsuz yolla gətirilÂməsinin qarşısı alınıb.
DSX-nin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavaÂsının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərəÂkət yolları qapadılaraq tam nəzarətə götürülüb. Kompleks qoşun və əməÂliyyat-axtarış tədbirləri nəticəÂsində İrandan AzərÂbaycan RespubliÂkası istiÂqaməÂtində dövlət sərhədini pozmuş İran İslam ResÂpubÂlikası vətəndaşları - 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılıblar.
Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik "Winchester tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülüb. AraşÂdırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan ResÂpublikasına keçirdikləri külli miqdarda narkotik vasitəni Astara rayonu HaÂmuÂşam kənd sakini 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdırÂmaları müəyyənləşib.
Əməliyyat-axtarış tədÂbirlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə VahaÂbov Ayətulla Calal oğlu saxÂlanılıb, həyətyanı sahəÂsində xüsusi yerÂdə gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar oluÂnaraq götürülüb.
Bununla yanaşı, vəÂtəndaş A. Vahabovun öz övladı - 1995-ci il təvəllüdlü Vahabov Mikayıl Ayətulla oğlunu narkotik qaÂçaqÂmalÂçılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyənləşib və vətəndaş M. Vahabov da həbs olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.