Sabirabad rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan bildirilib.
Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən rayonun Azad kənd ərazisində sahilboyu meşə zolağında sintetik torbada 1 ədəd "TOZ-8 tüfəngi 70 ədəd güllə ilə birlikdə 1 ədəd kustar üsulla hazırlanmış tapança, 30 ədəd pulemyot patronu, 58 ədəd 7,62 mm-lik avtomat patronu, 4 ədəd fişəng və beşaçılan silahına məxsus ehtiyat hissələri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.