Hindistan Respublikasının Azərbaycandakı Səfirliyində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana BMAM sədri, ploitoloq Rufiz Qonaqovun rəhbərliyi ilə baş tutan görüşdən məmnunluğunu ifadə edib.
Hindistanın ölkəmizdəki səlahiyyətli səfiri Sanjay Rana Hindistan və Azərbaycan arasında beynəlxalq əlaqələrin yüksək səviyyədə inkişafından danışaraq, bu əlaqələrin vətəndaş cəmiyyəti sahəsində də inkişaf etdirilməsində böyük imkanlar olduğunu vurğulayıb.
BMAM sədri Rufiz Qonaqov ölkəmizdə vətəndaş cəmiyyəti, Mərkəzin fəaliyyəti, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər və prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada qazandığı uğurlar barəsində səfir Sanjay Ranaya geniş məlumat verib. Rufiz Qonaqov bildirib ki, Azərbaycan və Hindistan hər zaman dost ölkə olub. Hindistanlı səfir Sanjay Ranayla söhbəti zamanı BMAM rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov eyni zamanda, may ayında ölkəmizdə keçiriləcək mühüm tədbirlər barəsində danışıb. Azərbaycanda təşkil olunan bu tədbirlərin gələcəkdə Hindistanda keçirilməsinin əhəmiyyətli ola biləcəyini vurğulayıb.
Hindistan səfiri cənab Sanjay Rana bildirib ki, vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlığın qurulması ictimai, siyasi və mədəni münasibətlər üçün mühüm töhfə verə bilər. Səfir bu sahədə ikitərəfli əlaqələrin genişləndirlməsi və daha da inkişaf etdirilməsi üçün Hindistana səfər təşkil olunmasını təklif edib. Səfir Sanjay Rana may ayında Hindistandan Azərbaycana avto-yürüş təşkil olunacağını və iştirakçıların Azərbaycanı daha yaxından tanıya biləcəklərini qeyd edib.
Görüşdə birgə əməkdaşlığın genişləndirilməsi üçün qarşlıqlı razılaşma əldə olunub.
Görüşün sonunda Hindistanlı diplomat Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyini Hindistanın Azərbaycandakı Səfirliyi ilə tanış edib.