Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a daxil olan xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsənov Rahib Nüdrət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Ağcabədi rayon sakini Həsənov Samiq Nüdrət oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən çantasında olan "Coca-Cola qabında spirtli maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.