Bakıda əcnəbi vətəndaşı hədələyib mobil telefonunu alıblar. 

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 26-da Tamerlan Mustafayevi kəsici alətlə hədələyərək mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Viktor Çekunov saxlanılıb.