İtaliyada islamafobiyaçılardan  daha bir qadağa gəlib. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın şimalında yerləşən Padova əyalətində muzeylərə və bələdiyyə binalarına "İslami qiyafələrlə" girmək qadağan olunub. Bu geyimdə olan qadınlardan qeydiyyat zamanı həmçinin nəzərdə tutulan binalarda olduğu müddətdə niqablarını çıxarmaları tələb olunacaq. Paldova əyalətinin bələdiyyə sədri Massimo Bitonci "hər gün minlərlə insanın girib çıxdığı binaların terror hücumları üçün hədəf seçilə biləcəyi" səbəbini əsas gətirərək bu qərarı aldıqlarını açıqlayıb.

Bələdiyə sədri daha öncə məscid inşasına və bələdiyyəyə aid idman təsislərinin Ramazan tədbirləri üçün istifadəsinə qarşı çıxmışdı.