Fransa Parlamentində qalmaqal yaşanıb. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Milli Məclisinin  sədr müavini Denis Baupin  qadın siyasətçilərə qarşı cinsi zorakılıqda günahlandırıldığı üçün istefa edib. Bir çox qadın siyasətçinin zorakılığa məruz qaldığını iddia etməsi ilə  hadisə ictimaiyyət tərəfindən etirazla qarşılanıb.  Denis Baupin zrtan təzyiqlər nəticəsində istefa verməli olub. Onun vəkili müttəhimin iftiraya qurban getdiyini iddia edib.