Ukrayna prezidenti Pyotr Poroşenko sabiq daxili işlər naziri Yuri Lutsenkonu ölkənin baş prokuroru vəzifəsinə təyin olması barədə fərman imzalayıb.
Unikal.org-un Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Ali Rada Lutsenkonun baş prokuror vəzifəsinə namizədliyini dəstəkləyib.
Qeyd edək ki, 2005-2010-cu illərdə iki dəfə Ukraynanın daxili işlər naziri vəzifəsində çalışıb. 2010-cu ildə o böyük məbləğdə dövlət vəsaitlərini israf etməkdə təqsirləndirilərək həbs olunub.
İki il davam edən istintaqdan sonra Lutsenko təqsirli bilinərək şəxsi əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.
2013-cü ilin aprelində Lutsenko prezidentin fərmanı ilə əfv olunub.