Aprelin 29-da Bakıda xuliqanlıq hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Nərmin Qüdrətova 34-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, Xətai rayonu Sarayevo küçəsində həyat yoldaşı Həmzə Bəndəlizadə onu xuiqanlıq zəminində döyüb.
Gənc qadın həyat yoldaşının ona hansı səbəbdən küçədə hücum etməsini izah etməyib.
Müraciət əsasında araşdırma aparılır.