Ukraynanın Odessa vilayətində silahlı hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Məlumata görə, saxlanılan qrup üzvləri azərbaycanlı olub.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, silahlı basqınla bağlı Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinə xəbər verilib. Verilən məlumata görə, münaqişə dünən gecə yaranıb.
Belə ki, vilayətin Belqorod-Dnestr rayonunda yerləşən restoranlardan birində 6 nəfər gənclə "Kərim" ləqəbli xarici sahibkar arasında söz atışması olub. Bundan sonra "Kərim" tanışlarına bu işlə məşğul olmağı tapşırıb və növbəti səhər həmin o 6 gəncdən biri onlarla yerli bazarın yanında görüş təyin ediblər.
Səhər saatlarında üç nəfər bazara gələrək gənci travmatik silahla vurub, eləcə də soyuq silahdan istifadə edib. Nəticədə gənc döş qəfəsindən iki kəsici-deşici bıçaq yarası və 9 güllə yarası alıb. Gənci xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslər hadisə yerindən qaçaraq gizləniblər.
Amma sonradan Odessa şəhərinin kənarında keçirilən xüsusi əməliyyat çərçivəsində onlar "7-ci km" sənaye malları bazarı ərazsində, gizləndikləri binanın damında saxlanılıblar.