Bərdə rayon sakini güllə yarasından ölüb.
Unikal.org-un xəbərinə görə, hadisə rayonun İmirli kəndində baş verib. Kənd sakini, 48 yaşlı Nurəliyev Azər Məhəmmədəli oğlu Bərdə Mərkəzi rayon Xəstəxanasına güllə yarası ilə daxil olub. Həkimlər onu xilas edə bilməyib.
Kənd sakinlərinin APA-ya verdiyi xəbərə görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb. A. Nurəliyevin ölüm səbəbi araşdırılır.