Mayın 4-də Nizami Kino Mərkəzində Xalq Artisti Rəşid Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm" sənədli filminin təqdimatı olacaq.
Unikal.org xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında istehsal olunub.
Rauf Məmmədovun rejissoru olduğu tammetrajlı sənədli filmin təqdimatı saat 19:00-da baş tutacaq.