Şəmkir rayonunda bıçaqlanma olub.
Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Dəllərcəyir kənd sakini, 1974-cü il təvəllüdlü Əmir Mamed oğlu Əmirov naməlum şəraitdə bıçaqlanıb. Çoxsaylı bıçaq yarası alan Ə.Əmirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.