Aktrisa Hazar Ergüçlü "Vogue Turkiye" jurnalına maraqlı açıqlama verib.
Unikal.org xəbər verir ki, 26 yaşlı aktrisa sənətə gəlməyindən danışıb.
O, psixoloqun məsləhəti ilə aktrisa olduğunu söyləyib.
"dərslərimi o qədər də yaxşı oxumurdum. 15 yaşından isə çox ərköyünlük edirdim, əslində, hamının diqqəti məndə olsun istəyirdim. Bu səbəbdən valideynlərim məni psixoloqa apardılar. O da "Bu uşağı teatra yazdırın, düzələcək" dedi. Ondan sonra teatra yazıldım və özümü orada tapdım".
Qeyd edək ki, sonuncu dəfə adı özündən 20 yaş böyük rejissor Onur Ünlü ilə hallanan Hazar "Kuzey Güney" serialından sonra daha çox məşhurlaşıb.