Müğənni Rəqsanənin qızı Aysunun 1 nömrəli körpələr evinin direktoru ilə yaşadığı qalmaqal bütün respublikaya səs salıb.
Müğənninin qızı qarşı tərəfi kimsəsiz uşaqlar üçün gətirilən malları oğurlamaqda ittiham edir. Direktor isə bu ittihamları rədd edir.
Unikal.org xəbər verir ki, məsələyə bir vaxtlar Rəqsanə İsmayılovanın prodüseri olan Təranə Səmədova münasibət bildirib. Median.az-a danışan prodüser Aysuna anasının eyiblərini çəkib göstərməyi məsləhət görüb:
"Mən açığın deyim ki,ətim tökülür. Ümumiyyətlə heç kəs heç kəsi mühakimə edə bilməz. Əgər belə bir hadisə ilə qarşılaşmışdısa hüquq-mühavizə orqanlarına müraciət edə bilərdi. O paylaşım hamısı reklam xarakterli olan şeylərdir. Özünü reklam etmək istəyir. Belə şeylər mənə gülünc gəlir. Anasının və özünün elədiyi qüsurları çəksin paylaşsın. Ayıbdır, durub guya ki, kiminsə ayıbını tapırlar. Mən böyük məmnuniyyətlə uşaq evinin direktorunun onları məhkəməyə verib, qalib gəlməyini gözləyirəm. Həmin direktor xanım haqqında məlumatlar da öyrənmişəm. O xanımın heç bir maddiyata ehtiyacı yoxdur. Kimisə tanımadığımız halda mühakimə etmək çox səhvdir. Kənardan hər şey başqa cür görsənə bilər, ancaq daha dəqiqliyə getsək bəlkə də əli öpüləcək bir xanımdır o. Ancaq o xanımı ifşa edən insanın mənəviyyatına bələdəm,ona görədə gülünc gəlir mənə.
Çok keçmədən prodüsser Təranə Səmədovanın keçmiş həyat yoldaşı müğənni Kərim Abbasov münasibət bildirib.
İfaçı müğənninin bu cür açıqlamasına sərt reaksiya verib:
"Sənin qüsurlarını saymaqla bitməz. Polislərlə içkili halda tutulanda qurşaqdan aşağı danışan kim idi qadın? Maqazin proqramında 7 yaslı qiz evladının yanında, sevgililərinin adını tutub, eşq yaşadığını bəyan edən qadın heç qızından utandınmı? Məktəbdə gedən qızının hansı təpkilərlə qarşılaşacağını heç düşündünmü? İnsan alverində əli olan insan hansı qüsurdan danışırsann? Atasız uşağı dünyaya gətirib, özünə fədakar ana adı qoymaq budumu alqışa layiq hərəkət? Ananın sevgilin tərəfindən bıçaqlamağından niyə danışmırsan ay "qüsursuz" insan?
Səmədova hər halda diplomlar yadındadır. Bu qüsurlarınızdan niyə danışmırsan? Səni mən tanıdığım qədər doğma anan tanımır. Heç olmasa sən danışma. Çox atlanıb-düşmə. Gedib lazımı atlanıb orqanlara ananla qaynatdığın zibillərdən danış ay "qüsursuz" insan. Polislərə yalançı şahid qismində yazdığın ərizələrdən danış. 100-lərlə insanların haqqına girməklərindən danış. Mənə görə etmədiyin və getmədiyin cadu qapısı qalmadı. Dağıtdığın evlərdən danış. Sən Allahın suyuna şər atan bəndə niyə bundan danışmırsan? Kərimin övladı olsa başımı kəsəcəm demişdin. Nə oldu? Övladım da oldu... Qızın dünyaya gələndə efirə çıxıb dedin ki. "Kərimə göz dağı olsun". Ay Səmədova mənim isə oğlum oldu. Bu sənə gözə dağı olsun.Və bil, yadında saxla. Mənim oğlum vaxt gələcək bütün qisasını necə lazımdırsa çıxacaq. İndi görüm kim kimə göz dağı olacaq. Bu heyatda 3 nəfərə halallıq verməyəcəm. Bunlardan ən birincisi sənsən. Allah sənin kimi şeytan bəndələrinə lənət etsin. Heç kimin balasının qabağına sənin kimi şeytanı çıxartmasın. Sənin yıxdığın evləri fələk də yıxmayıb. Lazım olsa lazımı orqanlara sənin qaynatdığın ərizə formasında müraciət edəcəm. Ondan sonra gör nə olacaq. 10 il susdum bəsdir. Məni əxlaqsız şərəfsiz etdin. Mən susdum, Allaha təvvəkül edib, pənah aparıb səni ona tapşırdım. İndi baxıram sənə və deyirəm. Allah heç kəsin ağlını başından almasın. Necə ki, səninkini alıb. Allah ürəkləri biləndir. Ona görə də sənin ürəyinə görə verir. Ay camaat indi bilin, bunun ürəyi və niyyəti nədir ki, Allah buna bu qədər çəkdirir.