"Eurovison 2016 təmsilçimiz Səmra Rəhimli sənətdə müğənnilərə maddi dəstək olan şəxslərdən söhbət açıb.
Unikal.org xəbər verir ki, "APA TV-nin "Show time verilişinə qonaq olan ifaçı bildirib ki, gələcəkdə sponsor təklifi olsa, qəbul edəcək:
"Sənətdə sponsorum yoxdur. Çox şeyi anam və özüm edirəm. Elə müğənnilər var ki, sponsordan istifadə edirlər. Konsertlər həyata keçirəndə sponsorlar lazım olur. Əlbəttə ki, gələcəkdə sponsora ehtiyacım olsa, niyə də yox? Müraciət edəcəm. İndi elə bir layihəm yoxdur ki, sponsora gərək olsun. Kimsə yeni layihə, mahnı təklif etsə, o zaman razı olaram. Yəni sponsorluq təklifi olsa, razı olaram.