Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində, istirahət parkının qarşısındakı avtobus dayanacağında qeydə alınıb.

Məlumata görə, mübahisə zəmnində şəhərin iki sakini - 1992-ci il təvəllüdlü Müşfiq Qurban oğlu Əfəndiyev və 1985-ci il təvəllüdlü Nəcəf Elxan oğlu Hüseynov bıçaqlanaraq ağır xəsarət alıb.

Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.