Müxalifətin vahid namizədi müəyyənləşib?
13:08 24-08-2012
CƏMİYYƏT
Müxalifətin vahid namizədi müəyyənləşib?
Sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Hafiz Hacıyevin irəli sürdüyü iddia əsasında cinayət işi başlanmasından sonra "Azadlıq" qəzetində İctimai Palatanın, müxalifətin vahid namizədi məsələsinin həllini tapdığı barədə yazılar dərc olunur.
Həmin yazıları oxuyan sadə oxucuda belə təəssürat yaranır ki, vahid namizəd problemi həqiqətən də həllini tapıb. Hətta bu işdə hakimiyyət İctimai Palataya kömək edib. Belə ki, Elçibəyin guya zəhərlənməsində AXCP sədri Əli Kərimlinin əlinin olduğu iddiasını ortaya atmaqla iqtidar müxalifətin vahid namizədinin kim olması məsələsini həll etmiş olub.
Əldə etdiyimiz xəbərlərə görə, hazırda vahid namizəd məsələsinin müzakirə edilmədiyi vaxtda bu cür yazıların davamlı olaraq dərc edilməsi İP-də birmənalı qarşılanmayıb.
Məsələyə aydınlıq gəlməsi üçün "Azadlıq" qəzetinin baş redaktor əvəzi Rahim Hacıyevlə danışdıq. O bildirdi ki, jurnalistlər, siyasi, ictimai xadimlər şəxsi fikirlərini, qənaətlərini yazılarında və açıqlamalarında ifadə edirlər. "Azadlıq" qəzeti də fikir azadlığına hörmət olaraq həmin fikirləri dərc edir: "Bu fikirlərin dərc olunması xüsusi göstəriş və ya qərarın nəticəsi deyil. Çünki bu barədə nə qərar verilib, nə də göstəriş. Koordinasiya Şurasının üzvü olaraq mən dəqiq bilirəm ki, bu məsələ orada müzakirə olunmur. Sadəcə olaraq "Azadlıq" qəzeti insanların mövqeyinə hörmət edərək verilən açıqlamaları dərc edir. Elçibəyin zəhərlənməsi iddiasının ortaya atılması və Əli Kərimlinin adının çəkilməsindən sonra bir çox insanlarda tam əminlik yaranıb ki, hakimiyyət özünə başlıca rəqib kimi məhz Əli Kərimlini görür, ona görə də rejimlə mübarizədə, hakimiyyətə qarşı çox güclü bir alternativ formalaşmasında Əli Kərimli ciddi rol oynaya bilər. Bəzi adamlar hesab edir ki, madam hakimiyyətin əsas problemi Əli Kərimlidir, deməli, əslində müxalifətin qarşısında duran vəzifələrin həyata keçirilməsində Əli Kərimli müstəsna rol oynaya bilər".
Son dövrlər bu məsələnin başqa kontingentdə də müzakirə edildiyinə dair məlumatlar var. Hələ Ramazan süfrəsi arxasında bununla bağlı müzakirələrin getdiyi deyilir. Həmin görüşlə bağlı danışan ADP sədri Sərdar Cəlaloğlu isə deyir ki, belə bir müzakirə olub. "Müsavat başqanı İsa Qəmbər iftar süfrəsini tərk etməyib. O, axıra kimi iftar süfrəsində oturub. Hətta mən onun ən son məclisi tərk edən qonaqların içərisində olduğunu da söyləyə bilərəm".
Onun sözlərinə görə, iftar süfrəsi zamanı bir sıra məsələlərlə yanaşı, müxalifətin vahid namizəd məsələsi də müzakirə olunub və mərasim müsbət ab-havada keçib.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15