Rusiyanın paytaxtı Moskvada Qırmızı meydanda 9 May - Qələbə günü münasibətilə parad keçirilir.

Unikal.org xəbər verir ki, parada Rusiya Silahlı Qüvvələrinin 10 min hərbçisi, 135 ədəd yerüstü və 71 ədəd hava hərbi texnikası cəlb olunub.

Paradda Rusiya prezidenti Vladimir Putin, ölkənin baş naziri Dmitri Medvedev, Rusiyanın müdafiə naziri Serqey Şoyquvə digər hökumət, dövlət rəsmiləri iştirak edirlər.

"Diqqət, danışır və göstərir Moskva, qulaq asın və Qırmızı meydana baxın!" ənənəvi sözlərindən sonra meydana Rusiya bayrağı çıxarılıb.

Qeyd edək ki, bu gün faşizm üzərində qələbədən 73 il keçir.