Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilən 5 nöqtəsində çıxış edəcək.

Çıxışlar Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında,  Zərifə Əliyeva parkında, Zabitlər parkında və Fəvvarələr meydanında olacaq.