Bakının mərkəzində oğurluq edən qadın tutulub.

Unikal.org DİN-in saytına istinadən məlumatına görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də A.Sadıqovanın içərisində 300 manat, 30 ABŞ dolları və 5 avro olan çantasını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Səbinə Rzayeva saxlanılıb.

Araşdırma aparılır.