Sumqayıt şəhərində 9 May - Qələbə Günü münasibətilə ümumşəhər tədbiri təşkil edilib.
Unikal.org xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrindən söz açıb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Qələbə Günü münasibətilə keçirilən paradda Milli Ordunun "N saylı hərbi hissəsinin əsgərləri, "Şahin hərbi-idman oyununda təmsil olunan şəhər məktəblərinin şagirdləri hərbi orkestrin müşayiəti ilə yürüş ediblər.
Yürüş Sumqayıtın on minlərlə sakini tərəfindən böyük maraqla qarşılanıb.