Türkiyənin Sivas əyalətində polis əxlaqsızlıq yuvalarına polis tərəfindən basqınlar həyata keçirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar qadın alveri ilə məşğul olan zaman şifrəli sözlərdən istifadə ediblər. Belə ki, telefonla danışdıqları şəxslərlə "Yaxşı inşaat işçisi var, "Gözəl inşaat işçisi gəldi" kimi cümlələr işlədiblər.

Basqın zamanı 4-ü əcnəbi olan 5 qadın və fahişəliyə zəmin yaratmaqda ittiham olunana 10 nəfər saxlanılıb.

Həmin 4 qadından 3-ü Gürcüstan, biri isə Azərbaycan vətəndaşı olub.

Polis əməkdaşları əməliyyatlar çərçivəsində təxminən 50-yə yaxın adamın ifadəsini alıb. Məhkəmə prosesindən sonra bəlli olub ki, 4 əcnəbi vətəndaşın deportasiya ediləcək.