Yaxın gələcəkdə rəsmi Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

Unikal.org TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək, deyə D.Tramp bildirib.

O həmçinin əlavə edib ki, nüvə proqramı inkişaf etdirdiyi təqdirdə İranı çox ciddi fəsadlar gözləyir.