Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Unikal.org report-a istinadən xəbər verir ki, icra başçısının birinci müavini Vidadi Dövlətov işdən çıxarılıb. Onun yerinə Mansur Məmmədov təyin olunub.
Bu təyinata qədər M.Məmmədov Cəlilabad rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb.