Azərbaycanda valideynlərini elçiliyə göndərə bilməyən gənc özünü bıçaqlayıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun kəndlərindən birində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü N.C. intihar etmək məqsədi ilə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həyatı xilas edilib.
Araşdırma zamanı onun valideynlərinin sevdiyi qıza elçi getməməsi səbəbindən intihar etmək istədiyi məlum olub.