Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə "Gənclik Mall Ticarət Mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.