Professor dərs danışmağa çıxan universitet tələbəsinə "şortikin qısadır" deyə irad tutub. Bu zaman qız tələbə müəllimindən intiqam almaq üçün qəribə addım atıb. Belə ki, tələbə sözügedən məsələyə etiraz etmək üçün soyunaraq dərs danışmağa başlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Kornel Universitetində dərs danışan Letitiya Çaiy adlı tələbə qız müəlliminin tənqidlərinə görə soyunub və dərsi çılpaq halda bitirib. Çaiyin gözlənilmədən soyunduğunu görən müəllim çox təəccüblənib. Tələbə yoldaşları qızı dəstəklədiyini bildirib. Həmin anları digər yoldaşı cib telefonu ilə çəkib.

Müəllimin qıza "oğlanların diqqətini üzərinə çəkirsən və bu geyiminlə bədənin görsənir deməsi onu əsəbləşdirib. Çaiya professorun "anan bu geyimini görsə etdiklərinlə bağlı nə düşünər? sualına tələbə "anam feministdir ona görə də normal qarşılayar deyib.