Xəbər verdiyimiz kimi, paytaxt sakini C.A. polisə müraciət edərək Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində 16 yaşlı N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlanıb.
8 nömrəli Sanatoriya tipli internat məktəbindən unikal.org-a verilən məlumata görə, həmin şəxslər onların şagirdi deyil. Adıçəkilən müəssisədə 14 yaşa qədər uşaqlar oxuyur. Həmin şəxslər bir neçə il öncə bu müəssisəni bitiriblər. Verilən məlumatda bildirilir ki, 16 yaşlı N.A. adlı qızı valideynləri istədiyi oğlana vermədiyi üçün o da yalandan ailə üzvlərini aldadıb. Nəticədə qızın anası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməli olub.
Famil Fərhadoğlu