ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun 6 nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan 3 şirkətə də şamil olunub.