Mübariz Qurbanlı müxalifətə çağırış etdi
13:11 24-08-2012
CƏMİYYƏT
Mübariz Qurbanlı müxalifətə çağırış etdi
"İlham Əliyevin seçkilərdə qələbəsi üçün lazımi səviyyədə fəaliyyət göstərəcəyik"
"İlham Əliyevin seçkilərdə qələbəsi üçün lazımi səviyyədə fəaliyyət göstərəcəyik". Bu fikiləri YAP-ın İcra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
YAP rəsmisi müxalifət partiyalarını prezident seçkilərində qanun çərçivəsində mübarizə aparmağa çağırıb: "YAP seçki ilə əlaqədar mövqeyini dəfələrlə açıqlayıb. 2013-üc il seçkilərində YAP-ın namizədi partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevdir. Cənab İlham Əliyevin seçkilərdə qələbəsi üçün partiyamız lazımi səviyyədə fəaliyyət göstərir və bundan sonra da göstərəcək. Hələ seçkilərə xeyli qalmış müxalifət düşərgəsində çoxlu "proqnozlar" verilir. Hətta orada YAP-ın əvəzindən də düşünənlər tapılıb. Elə bil ki, müxalifətin bəzi nümayəndələri siyasətçidən daha çox öncəgörənlik etmək istəyirlər. Buyursunlar, fikirlərini söyləsinlər. Amma başqasının əvəzinə düşünmək, yumşaq desək, o qədər də düzgün deyil. Müxalifətin gələcək seçkilərdə hansı namizədlə, hansı platforma ilə çıxış edəcəyi bizi narahat etmir. Bütün hallarda onlar bizim rəqibimizdir və rəqiblərimizlə də siyasi etika və qanun çərçivəsində mübarizə aparacağıq. Onları da bu cür mübarizə aparmağa dəvət edirik. YAP güclü partiyadır və partiyamızın lideri xalqın sevdiyi, inandığı liderdir. Eyni zamanda partiyamızın Sədri ölkəmizi irəliyə aparmağa qadir və qətiyyətli liderdir".
YAP-çı deputat müxalifət nümayəndələrini Azərbaycanın milli maraqlarına zidd davranmaqda ittiham edib. Onun sözlərinə görə, müxalifət siyasi müstəvidə mübarizə aparmağa qadir deyil. "Təəssüf doğuran məsələ odur ki, müxalifətin radikal qanadı və onların himayəsində olan mətbuat orqanları ölkədə baş verən hadisələrlə əlaqədar həmişə çalışırlar ki, bədbin fikirlər ortaya qoysunlar. Lakin bu rəqabət milli maraqlara ziyan vurmamalıdır. Radikal müxalifət üçün isə milli maraq və milli mənafe anlayışı arxa plandadır. XXX London Yay Olimpiya Oyunlarının ilk günlərində idmançılarımızın yaxşı nəticələr göstərməməsi ilə əlaqədar bu düşərgənin apardığı kampaniya, dövlətimizin idmanın inkişafı üçün etdilərinə kölgə salmaq cəhdləri buna sübutdur. Bundan əvvəl isə "Eurovision 2012" mahnı müsabiqəsində radikal müxalifətin tutduğu mövqeni xatırlaya bilərik. Bəziləri bu mövqe ilə özlərinə bəraət qazanmaq istəyir, bəzi müxalifətçilər isə açıq aşkar Azərbaycanın indiki hakimiyyətinin idarəçiliyi dövründə müəyyən xoşagəlməz hadisələrə sevindiyini bəyan edir. Sanki onlar ölkəmizin ziyanına olan hansısa hadisəyə sevinməkdən həzz alırlar. Bütün bunlar milli mənafeyə, azərbaycançılığa uyğun deyil. Müxaliyət siyasi müstəvidə açıq mübarizə aparmağa qadir olmadığını dəfələrlə göstərib və bu gün də göstərməkdədir".
Fuad
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33