"Bu gün David Tonoyan müdafiə naziri təyin ediləcək.

Unikal.org  "Sputnikə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Qalan təyinatlar yaxın günlərdə ediləcək. Qranuş Akopyan diaspor naziri vəzifəsində qalmayacaq, - o vurğulayıb.

Qeyd edək ki, D.Tonoyan 1967-ci il dekabrın 27-də Qazaxıstanın Ust-Kamensk şəhərində doğulub. 1997-ci ildə Rusiya Hərbi-Diplomatik Akademiyasını bitirib. 2010-cu ildə müdafiə nazirinin birinci müavini, 2017-ci ildə isə fövqəladə hallar naziri təyin olunub.