Saatlı və Sabirabad rayonlarında qətl törədən şəxs yaxalanıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Saatlıda Yaqubov Kamran Etimad oğlunu, Sabirabadda isə Sadıqov Teymur Əlihüseyn oğlunu bıçaqlayaraq öldürən şəxsin Əliyev Dilqəm Əliabbas oğlu olduğu müəyyənləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1976-cı il təvəllüdlü D.Əliyev saxlanılıb.


*** 11:58

Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.

Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.

Hər iki fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır.