Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər.

Unikal.org xəbər verir ki, Criminal.az saytınıa etibarlı mənbədən verilən məlumata görə, artıq müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Xanım sponsoru Günay İbrahimli külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.

Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.

Onu da bildirək ki, N.Əhmədova məhşur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var.